yandex
(+994) 51 404 41 41
Evimizi qışa necə hazırlayaq

Evimizi qışa necə hazırlayaq?

Evimizin xaricində qar, yağış, daxilində isə 4 divar arasında isti və rahat şəkildə qış yuxusuna gedə bilmək. Necə də gözəl səslənir. Elə deyilmi? Bu şəraiti yaratmaq hər birimizin xəyalı deyilmi? Qış mövsümünü rahat, isti və zəhmətsiz keçirmək xəyal olmaya bilər. Bunun üçün qış gəlməmiş evimizə əl gəzdirməliyik. Yayda özümüz üçün tədarük görüb qışa hazırlaşırıq, bəs qış üçün evimizdə hansı tədbirlər görməli, evimizi qışa necə hazırlamalıyıq? Bu bloqumuzda sizə kiçik ipucları verəcəyik. İpuclarını izləyin, evinizə istilik hədiyyə edin.

Qış ayları yüksək qaz və elektrik xərclərini də bərabərində gətirir. Siyahının ən üst pilləsində istilik izoyasiyası durur. İzolyasiya qışda evinizi isitməklə qalmır, yayda da sərinliyi təmin edir. Həmçinin qışda evinizi isitmək üçün xərclədiyiniz kommunal xərcləri düşünsək ekonomik həll vasitəsidir. Bəs izolyasiyanı necə təmin edək? Bir çoxunuzun bu sualın cavabını bilmədiyinizi bilmək heç də çətin deyil. İzolyasiyanın evimizdə təmini üçün doğru qapı və pəncərə seçimi çox böyük rol oynayır. Bu səbəbdən evlərini təmir edəcəklərə məsləhətimiz keyfiyyəti ilə bilinən markalara müraciət etmələridir. Pəncərə və qapılarda PVC material izolyasiya baxımından ən doğru seçimdir. Pəncərələrdə profilin şüşə paketinə, kamera sayına, rezin sisteminə mütləq diqqət edin. PVC qapılarda isə sendviç panel tərcih edin. Evimizdə artıq var olan qapı və pəncərələri isə mütləq qış gəlməmiş diaqnostika etdirin. Hava daxil olan boşluqlar varsa, peşəkar usta dəstəyi alın. Pəncərə və qapı təmiri üçün servisimizə müraciət edə bilərsiniz - http://servis.fenstar.az/home

Qış mövsümündə evi isti tutmaq üçün istilik izolyasiyası ilə yanaşı, isitmə sistemləri də mənzilinizi isidəcək. Bu səbəbdən isitmə sistemlərinə baxış keçirin. Kombi və radiatorlarınızda olan nasazlıqları aradan qaldırın. Kombilərin mütəmadi olaraq, baxımının aparılması çox vacibdir. Binalarda istilik enerjisi nə qədər ki, verilməyib radiatorların havasını çıxarmaq, suyunu boşaltmaq, təmizləmək lazımdır.

Yerdən çıxan soyuğun qarşısını almağın ən məsrəfsiz yolu isə heç şübhəsiz, ayağımızı yerdən götürən xalçalardır. Ayağınızın təmas edəcəyi yerlərə xalça döşəyərək soyuqdan qoruna bilərsiniz.

Pəncərənizi qış rejiminə keçirin. Beləliklə, pəncərəniz soyuq keçirməyəcək. Bu prosedurdan hələ də xəbərsiz olanlar https://www.instagram.com/p/CX25wtUvNZm/  videomuza nəzər salın.

Evimizi isitmənin ən məsrəfsiz və sağlıqlı yolu isə təbii gün işığıdır. Gün işığının olduğu günorta saatlarında pərdələri açaraq evinizin günəş işığı almasını və təbii yolla isinməsini təmin edə bilərsiniz.

Soyuğun qarşısını almağın bir digər yolu isə onun şiddətini görməməkdir. Burda imdadımıza pərdələr çatacaq. Qalın pərdələrdən istifadə qış aylarında daha məqsəuyğun hesab edilir.

Kanalizasiya sistemlərini mütləq kontrol edin. Sızıntı etməyəcəyindən əmin olun. Yağış və qarlı havalarda başınızı ağrıdacaq ən böyük problemlərdəndir.