Pəncərə tərləməsinin səbəbləri:
Plastik pəncərələr yaxşı bir sıxlıq yaradır, bu da yüksək səviyyədə istilik izolyasiyası və səs-küydən qorunma təmin edir. Eyni zamanda havalandırma səmərəliliyinə olan tələbləri artırır. Əgər havalandırma kifayət qədər deyilsə, şüşədə olan nəm pəncərədə kondensasiya şəklində düşəcək. Bu təsir xüsusən qışda, şüşə bölməsində daxili və xarici şüşə arasındakı temperatur fərqinin çox yüksək olduğu an özünü göstərir.
Havalandırma sistemi - daxili iqlimi və sağlamlığı qorumaq üçün şərtdir. Evinizin havalandırma sisteminin zəif işləməsi pəncərələrinizin tərləməsinə, kif əmələ gəlməsinə və insanlarda tənəffüs xəstəliklərinin tezliyinin artmasına səbəb olur.
Pəncərəni açaraq evi havalandırmaq üçün bir neçə səbəb:
Hər gün evinizi bir neçə dəfə havalandırsanız daha sağlam həyat sürəcəksiniz. Çünki havalandırılmayan bir otağın təhlükələri vardır. Bizim nəfəs aldığımız havada çox nəmlidir. Bunu sadə yollarla, bir şüşə və ya güzgünün üzərində nəfəs alaraq yoxlaya bilərsiniz. Siz nəfəsinizi şüşəyə verdiyinizdə, səthləri dərhal dumana çevriləcək. Vaxt keçdikcə bu nəm otaqda yığılır və havadakı rütubəti əhəmiyyətli dərəcədə artırır. Bizim aldığımız nəfəs həm də havanın kimyəvi tərkibində ki dəyişikliklərə səbəb ola bilir. Oksigenin konsentrasiyası azalır və karbon qazı artır. Nəticədə otaqda hava tıxanır, bu da baş ağrısı, yorğunluq və yuxululuğa səbəb olur.
Pəncərə gün boyu bağlı olduğu zaman, otaqda aldığınız havada karbon qazı və nəm əlavə olaraq bir çox xəstəliklərə səbəb ola biləcək, çoxlu sayda bakteriya və virus var. Buna görə də, bir insan xəstələndiyi zaman həkimlərin ilk tövsiyyələri pəncərəni açaraq otağı havalandırmaq olur. Çünki bir müddətdən çox qapalı olan pəncərələr, təhlükəli mikroorqanizmlərin yığılmasına səbəb olur və tənəffüs yolu xəstəlikləri riskini əhəmiyyətli dərəcədə artırır.
Evi necə düzgün havalandırmaq olar?
Bu bloqda plastik pəncərələrin niyə tərləməsinin səbəblərini sizinlə bölüşdük. Əgər otağı havalandırmaya və ventilyasiyanın düzgün işləməsinə baxmayaraq yenə də pəncərələriniz tərləyirsə, o zaman problem havalandırmada deyil, elə pəncərələrinizdədir.
fdf