Pəncərə və ya qapı alarkən, bir çoxları yalnız profil və şüşə bölməsinə diqqət yetirərək, aksesuarların rolunu düzgün qiymətləndirmirlər. Bunu da qeyd edək ki, aksesuarlara da diqqət yetirmək lazımdır. Çünki biz pəncərələri yalnız seyr etmək üçün almırıq, həm də hər gün onlardan istifadə edirik. Buna görə də aksesuarların keyfiyyətli olması bir plastik pəncərə və qapıda böyük rol oynayır.
Bir pəncərə və ya qapının istifadə müddəti, onun açılıb-bağlanmasına görə hesablanır. Brenddən asılı olaraq, aksessuar orta hesabla 20.000-60.000 açılıb-bağlanma dövrü üçün nəzərdə tutulub. Pəncərəni gündə 3 dəfə açsanız və mütəmadi olaraq profilaktik baxım (pəncərə yuyulması və aksesuarları yağlama) həyata keçirsəniz, pəncərə təxminən 15-55 il xidmət göstərər.
Pəncərə və qapı qolları, mentəşələr, qıfıllar və rezinlərə o qədərdə əhəmiyyət vermirik, amma bu aksesuarlar bir pəncərə və ya qapı üçün mühüm olandır. Məsələn, şaxtalı bir qış günündə pəncərə mexanizmindəki kiçik bir nasazlıq da çox xoşagəlməz hadisələrə səbəb ola bilər. Buna görə də, PVC pəncərə və qapıların bütün komponentləri ideal keyfiyyətə, montaja və sabit sıxlığa malik olmalıdır.
Plastik pəncərə quraşdırmısınız və onun uşaq və ev heyvanları üçün kifayət qədər təhlükəsiz olmadığını düşünürsüz? Pəncərələrin görünüşünü bir az dəyişdirmək və ya funksionallığını genişləndirmək istərdinizmi?
Ən çox istifadə olunan pəncərə və qapı aksesuarları aşağıdakılardır:
Pəncərənizə mütəmadi qulluq göstərmək, sıradan çıxmış aksesuarlarını vaxt itirmədən dəyişdirmək, onu uzun müddət istifadə etmək, vaxtınıza və büdcənizə qənaət etmək deməkdir.
fdf