Plastik qapi pencere | Pencere aksesuarlari| fenstar.az
(+994) 51 404 41 41
pəncərə karolajı

ŞÜŞƏ PAKETİ DAXİLİNDƏ DEKORATİV TƏRTİBAT

ŞÜŞƏ PAKETİ XARİCİNDƏ DEKORATİV TƏRTİBAT

HƏR ZÖVQƏ UYĞUN TƏRTİBAT

ŞÜŞƏ PAKETİ DAXİLİNDƏ DEKORATİV TƏRTİBAT

Daxili dekorativ tərtibatın fərqləndirici xüsusiyyəti onun hələ zavod şəraitində hazırlanma prosesində şüşə paketin daxilində quraşdırılmasıdır. Hazır məmulatın harmonik görünməsi üçün çox diqqətlə şüşələr arasında yerləşdiriləcək çərçivələrin formasını və ölçüsünü seçmək lazımdır. Tərtibat şüşə içərisində lehimlənir və pəncərənin hermetikliyini pozmur. Belə quruluş sizə pəncərə şüşəsi sınana qədər xidmət edəcək.

ŞÜŞƏ PAKETİ XARİCİNDƏ DEKORATİV TƏRTİBAT

Xarici dekorativ tərtibat şüşə paketi tam hazır olandan sonra pəncərə xaricindən quraşdırılır. Belə elementləri istənilən bucaq altında birləşdirmək olar. Tərtibatda həmçinin dəbdəbəli monoqramlar şəklində effektli əlavələrdən də istifadə etmək olar. Siz həmçinin reykanın qalınlığını da seçə bilərsiniz.Xarici tərtibat əsasən şəhərkənarı evlərin, ofislərin, elit binaların daha zərif və sanballı görünüşü üçün istifadə olunur.

HƏR ZÖVQƏ UYĞUN TƏRTİBAT

Təklif olunan tərtibatların geniş çeşidi dizaynda cəsarətli təcrübələrin aparılmasına imkan verir. Bu cür dekor elementi məkanın dizaynında vurğuları dəqiq yerləşdirməyə imkan verir, içərisini qeyri-adi və göz oxşayan edir.

door