Səbət

Niyə PVC qapı?
Paylaş
Paylaş
Paylaş
Paylaş
843
Niyə PVC qapı?

Hər keçən gün fərqli materiallardan qapı modelləri hazırlanır. Bunlardan ən çox rəğbət görən isə PVC materialdan olan qapı sistemləridir. Yaxın zamana qədər sadəcə balkonlarda istifadə edilən PVC qapılar günümüzdə mənzillərdə, hamam otaqlarında, mətbəxdə hətta giriş qapılarında istifadə edilə bilməkdədir.Tərkibində kanseroloji maddə olmaması bu qapılara evlərdə daha çox üstünlük verilməsinə gətirib çıxardı. PVC qapıların istehsalının təməli plastik bir profildir. Pəncərədə istifadə edilən profildən fərqlidir.

PVC qapılara tələbin çox olmasının səbəblərini aşağıdakı kimi sadalaya bilərik:

  • Yüksək səs və istilik izolyasiyası
  • Günəş işığı nəticəsində yaranan solmalara qarşı dayanıqlı
  • Antibakterial olub, kiflənməyə səbəb olmaz
  • Vaxt keçdikcə əyilmə olmaz , beləliklə, ilk günki görünüşlərini itirməzlər
  • İnteryerə uyğun rəng seçimləri
  • Rahat təmizlənməsi
  • Uzunmüddətli istifadə
  • Çizilmələrə qarşı davamlı
  • Nəmə dayanıqlı, su ilə təmasdan qorxmaz, beləliklə nəmin keçməsinə səbəb olmaz
  • Alüminium və taxta ilə birgə istifadəsi
  • Tərkibində xlor olması səbəbindən yanğın zamanı qapı yanarsa, alışmaz
  • Şişmə və qabarma olmaz
  • Keyfiyyətli və dayanıqlıdır

Tövsiyyə: Sadəcə yüksək keyfiyyətə malik maddədən hazırlanmış PVC qapılar yuxarıda sadalanmış özəlliklərə malikdir. Əks təqdirdə, məhsulun sağlamlığı, dayanıqlılığı, güvənliyinə qaranti verilməz. Qapı sifariş edərkən çift tərəfli qol taxmağı tələb edin, bu sizi qapının yanlışlıqla çarpmasına qarşı qoruyacaq.

Estetik görüntüsü, müasir modelləri, geniş rəng çeşidləri PVC qapıların müxtəlif məkanlarda istifadəsinə şərait yaradır. İstəyə uyğun olaraq, PVC qapıların iç hissəsinə fərqli qalınlıqlara malik sendviç panellər yerləşdirilə bilər ki, bu da yüksək səs və istilik izolyasiyasına təsir göstərir.

Qeyd: İstiliyin 70 dərəcədən çox olduğu otaqlara PVC qapı yerləşdirilməsi məsləhət deyil. Bu materiala malik məhsulun yanına istilik cihazlarının yerləşdirilməsi də məsləhət deyil.

PVC qapılar həmçinin, çevrə dostudur. İstehsalı zamanı təbii və insanlara zərərli olmayan məhsullardan istifadə edilir. Bu səbəbdən uşaq otaqlarında istifadəsi idealdır. Allergiyası olanlar üçündə mükəmməl seçim hesab olunur.

PVC qapıların istənilən formaya malik, şüşəli və şüşəsiz, tək və çift qanadlı, sürmə modelləri vardır. PVC qapılarda şüşə istifadəsi istilik izolyasiyasına təsir etməz.

PVC qapıların bir çox çeşidləri var:

  • Giriş qapıları
  • İç qapılar
  • Balkon qapıları
  • Dinamik sürmə qapılar
  • Qatlanan sistemlər

Günümüzdə çox tələb görməsinin əsas səbəbi qiymət və keyfiyyət arasında kombinasiya yaratmasıdır.

Oxşar məqalələr